“O, çox anlayışlı insandır, mənimlə dürüstdür” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komanda üzvləri Pol Poqba və Donni van de Beklə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Poqbayla münasibətlərinə toxunub:

“Poqbayla heç bir problemim olmayıb. Onunla açıq danışıram, hər zaman yaxşı münasibətimiz olub. O, çox anlayışlı insandır, mənimlə dürüstdür. Poqba mənim qərarlarıma hörmət edir. Oynamadığı vaxtlarda da komandaya böyük fayda verir”.

Sulşer, Donni van de Bekin komandada xoşbəxt olmadığını etiraf edib:

“Donninin komandada xoşbəxt olduğunu deyə bilmərəm. Təbii olaraq, daha çox oynamaq istəyir. Onun mövqeyində çox yaxşı futbolçular var, amma o, mənim üçün vacib futbolçu olduğunu bilir”.