Donetsk “Şaxtyor”unun futbolçusu “Səbail”də

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Ukrayna “Şaxtyor”undan (Donetsk) yarımmüdafiəçi Maksim Çexi icarə əsasında heyətinə qatıb.

Ukraynalı yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi “dənizçilər”in heyətində çıxış edəcək.

Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.