Donald Gerye “Qarabağ”la vidalaşdı

Donald Gerye “Qarabağ”dan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə haitili müdafiəçi “instagram” hesabında məlumat yayıb.

“Burada olmaq xoş idi. Hər şey üçün təşəkkürlər” yazan 30 yaşlı futbolçu Ağdam təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ildən “Qarabağ”da çıxış edən Geryenin klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatmışdı. Klub rəhbərliyi müdafiəçiyə yeni sözləşmə təklif etsə, o, daha artıq pul istədiyindən, tərəflər razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button