Dmitri Nazarovun komandası darmadağına üzüldü

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Şalke” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.

Nazarov da bu matçın iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.

20 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button