“Turan Tovuz”un oyununda 6 qol

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Neftçi”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandası üzərində darmadağına sevinib. “Qarabağ”ın ikinci komandası isə səfərdə “Keşlə”nin əvəzedicilərini üstələyib.

Turun qalan oyunları bu gün keçirilib.

Birinci divizion, 5-ci tur

19 oktyabr

Neftçi-2 – Sumqayıt-2 5:0
Qol
: Ramin Nəsirli, 41. Xəqani Sadıxov, 48; 57. Əli Sadıxov, 52. Fərid İsgəndərov, 83.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (ehtiyat meydança), 15:00.

Keşlə-2 – Qarabağ-2 1:2
Qol: Əbdülkərim Ağamalıyev, 3 – Mehdi Tahirov, 45+3. Nihad Quliyev, 53-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “ASK Arena”, 15:00.

20 oktyabr

Zirə-2 – Sabah-2 2:3
Qol:
Samir Ağayev, 45+1. Zahid Mərdanov, 57-pen – Kamran Quliyev, 7. Cavidan İzzətli, 71-avtoqol. Ceyhun Nuriyev, 77.
Qırmızı vərəqə: Əli Mürsəlov, 80 (“Zirə-2”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”, 14:00.

MOİK – Zaqatala 2:0
Qol:
İlham Allahverdiyev, 1. Elvin Nəsibov, 73.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:00.

Turan Tovuz – Qaradağ Lökbatan 2:4
Qol:
Fərmayıl Əliyev, 41. Akif Tağıyev, 62-pen – Sabir Allahquliyev, 6-pen; 30-pen; 35. Ceyhun Muxtarlı, 79.
Qırmızı vərəqə: Səbayıl Bağırov, 29 (“Turan Tovuz”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Kərim Zeynalov, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu, 14:30.