“Barselona” qalib gəldi, “Sevilya” xal itirdi

İspaniya La Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Qranada” “Espanyol”u məğlub yola salıb. “Malyorka” isə evdə “Valyadolid”ə minimal hesabla uduzub. “Valensiya” doğma meydanda “Selta” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Real” doğma azarkeşləri qarşısında “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirib. Derbinin də taleyini bir qol həll edib. Sevinən tərəf isə meydan sahibləri olub.

“Barselona” isə bu turda “Levante”ni sınağa çəkib. Kataloniya klubu bu görüşdə inamlı qələbəyə sevinib.

İspaniya La Liqası, 22-ci tur

1 fevral

Qranada – Espanyol 2:1
Qol
: Maçis, 38. Fernandes, 46 – De Tomas, 27-pen.

Real – Atletiko 1:0
Qol
: Benzema, 56.

Malyorka – Valyadolid 0:1
Qol
: E.Ünal, 56.

Valensiya – Selta 1:0
Qol
: Soler, 77.

2 fevral

Leqanes – Real Sosyedad 2:1
Qol
: Omeruo, 49. Oskar, 90+4 – İsak, 20.

Eybar – Betis 1:1
Qol
: Orelyana, 15-pen – Fekir, 7.

Atletik – Xetafe 0:2
Qol
: D.Suares, 36. Mata, 50-pen.

Sevilya – Alaves 1:1
Qol
: Okampos, 77-pen – Xoselu, 70.

Vilyarreal – Osasuna 3:1
Qol
: Alkaser, 45+1 – Pena, 54. Kasorla, 59-pen – Aridane, 48.

Barselona – Levante 2:1
Qol
: Fati, 30; 31 – Roşina, 90+2.

Bombardir: Lionel Messi (Barselona) – 14 qol.