“Dinamo”nun kapitanı: “Neftçi” ilə oyun çətin keçəcək”

Gürcüstanın “Dinamo” (Tiflis) klubunun kapitanı Georgi Papava UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, gürcü yarımmüdafiəçi bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib. “Neftçi” ilə oyun çətin keçəcək. Nəticənin necə olacağını indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik”.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button