“Bavariya” axtardığını Xorvatiyada tapdı

Osman Dembele və Leroy Sanenin keçidini həll edə bilməyən “Bavariya” axtardığı futbolçunu Xorvatiyada tapıb.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu, “Dinamo”nun (Zaqreb) 21 yaşlı futbolçusu Dani Olmonu transfer etmək niyyətindədir. “Bavariya”nın Xorvatiya klubu ilə danışıqlara başladığı bildirilir. “Dinamo” ispan futbolçu üçün 40 milyon avro təzminat məbləği müəyyənləşdirib.

Futbolçu ilə “Tottenhem” və “Mançester Siti”nin yaxından maraqlandığı bildirilir.

2015-ci ildən “Dinamo”nun əsas komandasında çıxış edən futbolçu, son mövsümdə iştirak etdiyi 44 oyunda 12 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button