“Dinamo”nu Şeydayev də xilas edə bilmədi

Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Orenburq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ramil də bu görüşün iştirakçısı olub. Millimizin forvardı 81-ci dəqiqədə meydana buraxılsa da, komandasını xilas edə bilməyib.

“Dinamo” 12 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button