“Dinamo”dan Bundesliqa klubuna

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan Dani Olmonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Espanyol” və “Barselona”nın futbol akademiyasının yetirməsi olan Olmo, 2015-ci ildən “Dinamo”nun uğurları üçün çalışırdı. Dani ötən ildən İspaniyanın əsas millisinə də dəvət alır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button