DİN, AFFA və “Neftçi”dən azarkeşlərə müraciət

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), AFFA və “Neftçi” Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyunu ilə əlaqədar bəyanat yayıb.

Komanda.az xəbər verir ki, bəyənatda bildirilir ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, bu oyun azarkeşsiz keçiriləcək.

Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. “Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və “Neftçi” PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button