“Dijon” “Lans”ı elitaya buraxmadı

Futbol üzrə Fransa çempionatına sonuncu vəsiqə uğrunda pley-off oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, Liqa 1-də 20 kollektiv arasında 18-ci yeri tutan “Dijon” elitadakı yerini qorumaq üçün Liqa 2-dən gələn “Lans”la həlledici oyuna çıxıb.

Bu kollektivlər arasındakı ilk oyun “Lans”ın meydanında baş tutmuşdu və qarşılaşma 1:1 hesabıyla yekunlaşmışdı.

Cavab qarşılaşmasında isə “Dijon” 3:1 hesabıyla üstün olub və elitadakı yerini qoruyub.