Simeone təsdiqlədi: Suares “Atletiko”dan gedir

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda Luis Suaresin klubdan gedəcəyini təsdiqləyib.

Komanda.az xəbər verir ki, bu haqda argentinalı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib:

“Mən Luislə ötən ilin noyabrında danışmışdım. Bu, uzun və açıq söhbət idi. Hər iki tərəf özünün bu günü və gələcəyi haqda fikrini bildirdi. O vaxtdan qərarlarımıza hörmətlə yanaşırıq. Suaresə minnətdaram”.

Xatırladaq ki, 35 yaşlı uruqvaylı hücumçunun “Atletiko” ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl yayılan xəbərə görə, futbolçu az maaş müqabilində “Barselona”ya qayıtmaq istəyir.