Dieqo Simeone daha 3 il “Atletiko”da – RƏSMİ

İspaniyanın “Atletiko” (Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, argentinalı mütəxəssislə anlaşmanın müddəti 2022-ci ilə qədər artırılıb.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. O, 2013/14 mövsümündə Madrid təmsilçisini İspaniya çempionu edib, 2014 və 2016-cı ildə isə UEFA Çempionlar Liqsının finalına daşıyıb. Simeone “Atletiko” ilə 2 dəfə Avropa Liqasını, 2 dəfə də UEFA Superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button