“Messi PSJ-yə gəlsə, əla olacaq”

PSJ-nin futbolçusu Anxel di Mariya adı bu klubla yanaşı çəkilən “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, millidə komanda yoldaşı olan Messi ilə birlikdə oynamaq istəyini dilə gətirib:

“Karyeram ərzində “Barselona”da oynamaq fürsətim oldu, amma bu keçid alınmadı. Kriştiano Ronaldo ilə əvvəllər, Neymar, Kilian Mbappe ilə indi birlikdə oynayıram. Messi ilə də birlikdə oynasam, karyeramı xoşbəxt şəkildə bitirərəm. Özüm üçün bundan yaxşısını istəyə bilmərəm. Onunla eyni millidəyik, amma vaxtımız az olur. Messi PSJ-yə gəlsə, əla olacaq”.

Messinin “Barselona” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button