Di Mariya İtaliya yolunda

PSJ-nin futbolçusu Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “İnter” argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Neradzurra” PSJ ilə yeni müqavilə imzalamayan təcrübəli futbolçunu gələn yay transfer etməyi planlaşdırır. Klub qış transfer pəncərəsi dövründə hərəkətə keçməyi düşünür.

2015-ci ildən PSJ-də oynayan Di Mariyanın müqaviləsi cari mövsümün sonunda başa çatacaq.