“Deviçin sıraya dönməsi bizim üçün faydalı oldu”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Maraqlı oyun keçdi. İlk dəqiqələrdə qol buraxmağımıza baxmayaraq, yaxşı oynadıq. İkinci hissə daha maraqlı oldu. Hücumlarda keyfiyyət görünürdü. Deviçin sıraya dönməsi bizim üçün faydalı oldu. Komandamı təbrik edirəm.
  • Eltun Turabovun Şakir Seyidovla əvəzlənməsi nəylə bağlı idi?
  • Nəticəyə görə. Şakir perspektivli oyunçudu. Onun gələcəkdə daha yaxşı olacağına inanırıq.
  • Bu qələbəyə görə mükafat olacaqmı?
  • Qədərini bilmirəm, ancaq bəli, olacaq.
  • Bu qələbəylə “Sabah” özünə qayıdırmı?
  • Artıq futbolçularda inkişaf görünür. Hər oyuna istəkli çıxırlar.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button