“Dest “Barselona”nın yeni ulduzu ola bilər” – Alba

“Barselona”nın futbolçusu Jordi Alba UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Dinamo” (Kiyev) ilə oyundan (4:0) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, Alba, Kataloniya klubunun vəziyyəti barədə danışıb:

“Daha çox çalışmağımız və inkişaf etməyimiz lazımdır. Yüksək səviyyəli futbolçularımız var, amma yaxşı oynamasaq, istənilən komandaya məğlub ola bilərik. İlin sonuna qədər olan oyunlarda qalib gəlməyə çalışacağıq”.

O, bu oyunda komandanın ilk qolunu vuran Serjinyo Destlə bağlı da düşüncələrini bildirib:

“Destin böyük həvəsi var. O, Serxi Robertonun zədələnməsindən sonra daha çox şans qazanacaq. Destin yüksək səviyyəsi var. Onun əla gələcəyinin olacağını düşünürəm. Dest “Barselona”nın yeni ulduzu ola bilər”.