Deşam “Real”ın yeni transferini açıqladı

Fransa milli komandasının baş məşqçisi Didye Deşam “Real”ın yeni transferi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, “kral klubu”na keçəcəyi deyilən “Lion”un sol cinah futbolçusu Ferland Mendi haqqında danışıb:

“Mendi iki il əvvəl Fransa 2-ci liqasında oynayırdı. İndi isə o, “Real”a transfer olunur. Mendi inanılmaz bir inkişaf göstərdi”.

İspaniya mətbuatı “Real”ın bu transfer üçün Lion klubuna 50 milyon avro təzminat ödəyəcəyini və futbolçu ilə 6 illik müqavilə imzalayacağını yazıb.

Geridə qalan mövsümdə “Lion”un heyətində 44 oyuna çıxan Mendi, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button