De Xea qərarını verdi

İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David  De Xeanın klubdakı gələcəyi məlum olub.

Komanda.az “Mirror”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, 28 yaşlı qapıçı ilə yeni müqavilə üçün razılığa gəlib. Mançester təmsilçisi De Xea ilə 5 illik müqavilə bağlayacaq. İspan qapıçının məvacibi isə illik 15 milyon avrodan 22,5 milyon avroya qaldırılıb.

Bununla da, De Xea dünyanın ən çox qazanan qolkiperi ünvanına yiyələnəcək.

“Atletiko”nun yetirməsi olan futbolçu, 2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.