De Xea mövsümün oyunçusu seçildi

İngiltərənin “Mançester Yunayted” klubunda 2021/22 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, qapıçı David De Xea geridə qalan mövsümdə “qırmızı şeytanlar”ın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, ötən mövsüm 7 dəfə matçın futbolçusu seçilib. Yalnız Kristiano Ronaldoda eyni sayda belə mükafat var. De Xea ardıcıl üç ay – noyabr, dekabr və yanvar aylarında “Mançester Yunayted”in ən yaxşı oyunçusu seçilib.

Nəticədə komandanın futbolçuları da ispaniyalı qolkiperi mövsümün ən yaxşısı hesab edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button