De Rossinin yeni klubu rəsmən açıqlandı FOTO

İtaliyanın “Roma” klubunun əfsanəvi kapitanı Daniele De Rossinin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını “Boka Xuniors” klubunda davam etdirəcək. Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. De Rossinin transferinin detalları isə açıqlanmayıb.

Daniele De Rossi 2002-ci ildən “Roma”da çıxış edirdi. O, yetirməsi olduğu paytaxt klubunda 616 oyuna çıxıb, 63 qol vurub, 54 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button