De Rossi Argentinada?

Bir müddət əvvəl “Roma”dan ayrılan Daniele De Rossi karyerasını Argentinada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, “Boka Xuniors”la razılıq əldə edib. İtaliyalı futbolçunun Argentina klubu ilə 8 aylıq müqavilə bağlayacağı və 500 min avro qazanacağı bildirilir.

2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button