“Barselona”ya keçəcəyi gözlənilən futbolçu: “Hələ rəsmi müqavilə imzalanmayıb”

Mövsümün sonunda “Ayaks”dan ayrılacağı gözlənilən Matteys de Liqt gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan holland müdafiəçi, bunları deyib:

“Hollandiya Erediviziyasının sonuncu turu “Ayaks”da son oyunum olacaqmı, bilmirəm. Bir klubla danışıqlar gedir. Ancaq hələ rəsmi müqavilə imzalanmayıb”.

İspaniya mətbuatı de Liqtin “Barselona”ya transfer olunacağını iddia edir. “Ayaks”ın icraçı direktoru Edin Van der Sar da, bir müddət əvvəl de Liqtin klubdan ayrılacağını, İngiltərə və ya İspaniyaya transfer olunacağını bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button