De Liqt İtaliyada FOTO

“Ayaks”ın futbolçusu Matteys de Liqt karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi “Yuventus” klubuna keçəcək. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. De Liqt bu gün tibbi müayinədən keçəcək və “Yuventus”la rəsmi müqavilə imzalayacaq.

Transferin detalları açıqlanmasa da, İtaliya mətbuatının xəbərinə görə, “Yuventus” de Liqt üçün “Ayaks”a bonuslarla birlikdə 75 milyon avro ödəyəcək.