“De Liqt PSJ-yə keçməyəcək” – Klub rəsmisindən açıqlama

Fransanın PSJ klubunun idman direktoru Leonardo transferlərlə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Matteys de Liqt, Xalidu Kulibali və Canluici Donnarummanın transfer iddiaları ilə bağlı danışıb:

“De Liqt PSJ-yə keçməyəcək. O möhtəşəm futbolçudur, amma hazırda belə bir transfer üçün doğru zaman deyil. Kulibali də yaxşı futbolçudur, amma çox bahalıdır. İndi onun üçün xüsusi transfer planımız yoxdur.

Donnarummaya gəlincə, hazırda qapıçı transferi bizim üçün vacib deyil. Kevin Trapp, Alfons Areola kimi qapıçılarımız var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button