De Liqt PSJ-də?

Son zamanlar adı “Barselona” ilə yanaşı çəkilən “Ayaks”ın müdafiəçisi Matteys de Liqt karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı futbolçu üçün “Barselona” ilə rəqabətdən qalib ayrılan PSJ, futbolçunun transferinə çox yaxındır.

Futbolçunun meneceri Mino Rayolanın hazırda Parisdə olduğu və PSJ-nin idman direktoru Anteri Enrike ilə keçidin son detallarını müzakirə etdiyi bildirilir. Paris təmsilçisinin hollandiyalı futbolçuya ildə 15 milyon avro məvacib ödəyəcəyi deyilir.