De Byazi İtaliya millisindən təklif alıb

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2016-cı ildə İtaliya yığmasını çalışdırmaq üçün təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının keçmiş prezidenti Karlo Taveçio “Punto Nuovo”ya açıqlamasında bildirib:

“Əvvəlcə Fabio Kapellodan millinin çalışdırmağı xahiş etdim. O, əvvəlcə bu təklifi qəbul edəcəkmiş kimi görünsə də, sonradan başqa yolu seçdi. Ona məvacib olaraq illik 4 milyon avro təklif etmişdim. İkinci namizədimiz Roberto Donadoni idi, lakin “Bolonya”nın prezidenti bu təklifə “yox” dedi. Son olaraq De Byazi və Campyero Ventura qaldı. Albaniya Futbol Federasiyasının prezidenti FİFA-ya müdaxilə etdi və De Byaziyə mane oldu”.

De Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb.