DÇ-2022-yə vəsiqə qazanan daha bir ölkə müəyyənləşdi

Bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan daha bir ölkənin adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, Avstraliya yığması da DÇ-2022-də iştirak hüququ qazanıb.

Sözügedən komanda bu gün Peru yığması ilə pley-off qarşılaşmasından qalib ayrılıb. Qətərdə baş tutan görüşün əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən Avstraliya yığması mundialda iştirak hüququ əldə edib.

Beləliklə, final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatının 32 iştirakçısından 31-i artıq məlumdur. Sonuncu iştirakçı iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq.