DÇ-2022: Püşk atıldı, Azərbaycan millisinin rəqibləri bilindi

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi baş tutub.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

FİFA-nın son açıqladığı reytinq cədvəlinə uyğun olaraq, 55 yığma komanda 6 səbətə bölünmüşdü. İlk 5 səbətdə 10, sonuncu səbətdə isə 5 komanda qərarlaşmışdı. Azərbaycan milli komandası 5-ci səbətdə yer almışdı. Püşk nəticəsində yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer alıb.

Seçmə mərhələdə komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart – noyabr aylarında keçiriləcək. Qrup qalibləri birbaşa 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar, eləcə də UEFA Millətlər Liqasında iki qrup qalibi pley-off oyunlarına qatılacaq.

A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan

B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo

C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva

D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan

E qrupu
Belçika
Uels
Çexiya
Belarus
Estoniya

F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova

G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq

H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta

İ qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino

J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button