DÇ-2022: Azərbaycanın yer aldığı səbət bilindi

UEFA 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasının səbətlərinin tərkibini açıqlayıb.

Komanda.az xəbər verir ki, səbətlərin tərkibi FİFA-nın reytinqinə əsasən müəyyənləşdirilib.

Azərbaycan millisi püşkatmada 5-ci səbətdə qərarlaşıb:

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.