DÇ-2022: Püşkatma mərasiminin tarixi açıqlandı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub.

Komanda.az xəbər verir ki, tədbir gələn il aprelin 1-də təşkil olunacaq. Bu barədə ESPN məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün öncə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı da bəlli olmuşdu. Bu tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Yarışın təsnifat mərhələsi bu ilin noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır.

DÇ-2022-nin final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button