DÇ-2022: Braziliya millisi darmadağınla başladı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 1-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, tura Braziliya – Boliviya görüşü ilə yekun vurulub. Qarşılaşma braziliyalıların 5:0 hesablı darmadağınıyla yekunlaşıb. Digər qarşılaşmada isə Kolumbiya Venesuela üzərində inamlı qələbə qazanıb – 3:0.

İlk turdan sonra DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələdə 4 komandanın – Braziliya, Kolumbiya, Argentina və Uruqvayın 3 xalı var.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 1-ci tur

9 oktyabr

Paraqvay – Peru 2:2
Qol: A.Romero, 66; 81 – A.Karilyo, 52; 85.

Uruqvay – Çili 2:1
Qol: L.Suares, 39. M.Qomes, 90+3 – A.Sançes, 54.

Argentina – Ekvador 1:0
Qol:
L.Messi, 13-pen.

10 oktyabr

Kolumbiya – Venesuela – 3:0
Qol:
D.Zapata, 16. L. Muriel, 26; 45+3.

Braziliya – Boliviya – 5:0
Qol:
Markinyos, 16. R.Firmino, 30; 49. X. Karrasko, 66-avtoqol. F.Koutinyo, 73.