Azərbaycan millisinin rəqibində yeni məşqçi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan İrlandiya yığmasında məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İngiltərənin “Çelsi” klubunun məşqçisi Entoni Berri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenninin köməkçisi təyin olunub.

Entoni hər iki komandada çalışacaq. O, yığmanın düşərgəsinə seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda Portuqaliya, Serbiya, İrlandiya, Qətər və Lüksemburq ilə mübarizə aparacaq. Yığma ilk oyununu martın 24-də Portuqaliyaya qarşı səfərdə keçirəcək.

Azərbaycan millisinin İrlandiya ilə görüşləri sentyabrın 4-də səfərdə, oktyabrın 9-da Bakıda olacaq.