Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik – 5 futbolçu yığmadan gedir

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç komandada dəyişikliklər etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb. Xəbərdə, Stoykoviçin Aleksandr Kolarov, Stefan Mitroviç, Nikola Maksimoviç, Adam Lyayiç və Luka Milivoyeviçi millidə düşünmədiyi bildirilir. Yığmanın yeni kapitanı isə böyük ehtimalla Duşan Tadiç olacaq.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.