Azərbaycan millisinin Lüksemburq və Qətərlə oyunlarının biletləri satışa çıxarıldı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin noyabrın 14-də təşkil olunacaq Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.

Koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.