DÇ-2022: Braziliya və Argentinadan qələbə, Uruqvay 4 qola üzüldü

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 2-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, tura Çili – Kolumbiya matçıyla yekun vurulub. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. İlk turda Boliviyanı darmadağın edən Braziliya bu dəfə Perunu məğlub edib.

Argentina yığması Boliviya üzərində çətin qələbə qazanıb. Uruqvay millisi 2-ci turda Ekvadorla qarşılaşıb və 2:4 hesabıyla məğlub olub.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 2-ci tur

13 oktyabr

Boliviya – Argentina 1:2
Qol:
M. Moreno, 24 – L. Martines. 45, J. Korrea, 79.

Ekvador – Uruqvay 4:2
Qol:
M. Delqado, 14. M. Estrada, 45; 53. G. Plata, 75 – L. Suares, 83-pen; 90+5-pen.

Venesuela – Paraqvay 0:1
Qol:
Q.Ximenes, 85.

Peru – Braziliya – 2:4
Qol:
A. Karilyo, 5, R. Tapia, 59 – Neymar, 28-pen; 83-pen; 90+4. Riçarlison, 64.

Çili – Kolumbiya – 2:2
Qol:
A.Vidal, 37-pen. A.Sançes, 41 – J. Lerma, 7, Falkao, 90+1.

Bombardir: Andre Karilyo (Peru), Neymar (Braziliya), Luis Suares (Uruqvay) – 3 qol.