Azərbaycan millisinin Özbəkistanla oyunlarının hakimləri bilindi

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki qarşılaşmanı idarə edəcək hakimlər məlum olub. Yanvarın 21-də keçiriləcək ilk qarşılaşmanı Hikmət Qafarlı, 22-də olacaq ikinci görüşü isə Əli Cəbrayılov idarə edəcək.

Futzal, yoxlama oyunları

21 yanvar

Azərbaycan – Özbəkistan
Hakimlər:
Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı. Saat 20:00

22 yanvar

Azərbaycan – Özbəkistan
Hakimlər:
Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 20:00