Zidan Materatsini niyə vurmuşdu? – “Anasını təhqir etmədim, bacısı…”

DÇ-2006-nın Fransa ilə İtaliya milli komandaları arasında keçirilən final görüşündə Zinəddin Zidanın Marko Materatsiyə başla zərbə vurmasının səbəbi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, illər sonra Materatsi Zidanın onu nə üçün vurduğunu açıqlayıb:

“Zidanın anasını təhqir etmədim. Çünki özüm 15 yaşımda anamı itirmişdim. Bunu heç vaxt etməzdim. Zidana etdiyim təxribat bacısı ilə bağlı idi”.

DÇ-2006-nın final matçının 110-cu dəqiqəsində Fransa millisinin üzvü Zidan italyanların müdafiəçisi Materatsini başla vuraraq, yerə yıxmışdı. Bu hərəkətdən sonra isə Zidan qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.

DÇ-2006-nın qalibi əsas vaxtı 1:1 hesabıyla bitən görüşün penaltilər seriyasında məlum olmuşdu. Həlledici vuruşlarda rəqibini üstələyən italyanlar dünya çempionu adını qazanmışdı.