“Dayana bilmərik, davam etməyimiz lazımdır” – “Liverpul”un futbolçusu

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınan oyunda “Vest Hem”ə 2:0 hesabı ilə qalib gələn “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu, çətin rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Çox yaxşı rəqibə qarşı oynadıq. Onlar hazırda turnir cədvəlinin üst pillələrində qərarlaşmayıblar, amma çox yaxşı heyətə, keyfiyyətə sahibdirlər. Xüsusilə, rəqib müdafiədə çox yaxşı çıxış edir, ona görə də, boşluqlar tapmaq bizim üçün çətin oldu. Amma boşluqları tapmaq üçün səbrli davrandıq. Rəqibin də qol vurmaq şansları oldu, lakin biz yaxşı müdafiə olunduq və ikinci qolu vurduq. Ən vacibi odur ki, üç xalı qazandıq və buna görə xoşbəxtik”.

Qolkiper, çempionatdakı vəziyyət haqqında da danışıb:

“Hər zaman demişik, növbəti oyuna köklənmək vacibdir və biz də bunu edirik. Nə qədər irəliləyə biləcəyimizi bilirik. Eyni zamanda, bilirik ki, meydanda əla oyun göstərsək, irəli gedə bilərik. Hər şeyi qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Premyer Liqa ən üst səviyyədir. Buna görə də, dayana bilmərik, davam etməyimiz lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button