David Silva koronavirusa qalib gəldi

İspaniyanın “Real Sosyedad” klubunun yeni transferi David Silva koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bu gün kollektivlə birlikdə məşq edib. İspan oyunçunun sentyabrın 20-də La Liqanın 2-ci turunda Madrid “Real”ı ilə ev oyununda meydana çıxması gözlənilir.

Qeyd edək ki, bu yay İngiltərənin “Mançester Siti” klubundan ayrılan David Silva “Real Sosyedad”a azad agent kimi keçib. Avqustun 31-də təqdimat mərasimi keçirilən futbolçuda koronavirus aşkarlandıqdan sonra o, 2 həftəlik karantinə alınmışdı.