David Luizin titul arzusu

İngiltərənin “Arsenal” klubunun futbolçusu David Luiz açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, Premyer Liqada titul uğrunda mübarizə apara biləcəklərini bildirib:

“Düşünürəm ki, mübarizə apardığımız turnirdə ancaq qalib gələcəyimizi fikirləşməsək, nəyəsə nail ola bilmərik. Qalib gəlmək üçün həvəs, arzu olmalıdır, eyni zamanda məqsədlərinizə necə nail ola biləcəyinizi başa düşməlisiz. Bunu hər gün təkrarlamalıyıq. Planı başa düşmək, yerinə yetirmək üçün çox çalışmalı və əlimizdən gələnin ən yaxşısını etməliyik. Məqsədlərimizə nail ola bilmiriksə, bunun səbəbini tapmalıyıq. Fikrim, məqsədlərim hər zaman kuboklar uğrunda mübarizə aparmaqdır. Komandamız, futbolçularımız, baş məşqçimiz də belə düşüncədədir. Bizim titul uğrunda mübarizə aparmaq şansımız var və bunu edəcəyik”.

Premyer Liqada keçirdiyi 8 turdan sonra 15 xal toplayan “Arsenal” turnir cədvəlinin lideri “Liverpul”dan 9 xal geridədir.