“Dauqavpils” məğlub oldu, azərbaycanlı futbolçular…

Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda lider RFS ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Onların hər üçü start heyətdə meydana çıxıb. Vüqar sonadək oynadığı halda, Bayramlı 51-ci, Sərkərov isə 82-ci dəqiqədə əvəzlənib.

“Dauqavpils” hazırda 4 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.