Mbappe getsə…

PSJ “Benfika”nın hücumçusu Darvin Nunyesi başqa kluba keçəcəyi tədirdə, Kilian Mbappenin yerinə transfer edə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, uruqvaylı futbolçunu “Barselona”, “Atletiko” və “Mançester Yunayted” də izləyir.

Nunyesin müqaviləsində sərbəst qalma bəndi 150 milyon avro olsa da, “Benfika” bu məbləği azaltmağa hazırdır.

Nunyes bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 34 qol vurub və 4 məhsuldar ötürmə edib.