Dante üçün mövsüm erkən bitdi

Fransanın “Nitsa” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin müdafiəçisi Dante sıradan çıxıb.

Ətraflı müayinədən sonra 37 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağının qopduğu müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dantenin bu mövsüm yaşıl meydanlara qayıtması ehtimalı çox azdır.

Braziliya yığmasının sabiq üzvü olan Dante, “Nitsa”da 2016-cı ildən çıxış edir.