Meneceri İbrahimoviçlə bağlı xəbəri təkzib etdi

“Milan”dakı gələcək taleyi müəyyənləşməyən Zlatan İbrahimoviçin agenti Mino Rayola açıqlama verib.

Komanda.az “Sky Sports İtalia”ya istinadən xəbər verir ki, isveçli futbolçunun “qırmızı-qaralar”la yeni müqavilə üçün razılığa gəldiyi deyilsə də, Rayola bu xəbərləri təkzib edib:

“İbrahimoviç sabah Milanda olmayacaq, ən azından hazırkı vəziyyət budur. Danışıqları davam etdiririk, amma hələ ki, bir razılıq yoxdur. Məsələ madiyyat deyil, inam və üslubdur. İbrahimoviç “Milan”da qalmaq istəməsəydi, müzakirələr aparılmazdı. Danışıqların həssas mərhələsindəyik, buna görə də, daha artıq danışmaq istəmirəm. Problem yaratmaq deyil, həll yolu tapmaq üçün çalışıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button