Danimarkada çempion bilindi

Danimarka Super Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, Super Liqanın çempionluq qrupunun 7-ci turunda öz meydanında “Brondbü”nü 3:2 hesabıyla məğlub edən “Kopenhagen”, sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Kopenhagen” ən yaxın izləyicisi “Midtyulland”ı 14 xal qabaqlayır. Paytaxt təmsilçisi, klub tarixində 13-cü dəfə Danimarka Super Liqasında çempionluq yaşayıb.