“Fənərbaxça” ilə razılaşdı – Danimarka millisinin üzvü

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Latsio”dan Riza Durmisini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Fənərbaxça”nın 25 yaşlı müdafiəçi ilə razılaşdığı və yaxın zamanda onun keçidinin rəsmən açıqlanacağı bildirilir.

Danimarka millisinin də üzvü olan Durmisi, “Fənərbaxça”ya icarə əsasında keçəcək.