“Dandalk”ın futbolçusu Azərbaycan polisi ilə olan insidentdən danışdı: “Tutulmamağımız əla oldu”

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda “Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dandalk” klubunun iki futbolçusu “Bulvar”da polis müdaxiləsinə məruz qalıb.

Komanda.az “İrishmirror” saytına istinadən xəbər verir ki, İrlandiya təmsilçisinin iki futbolçusu – Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar. Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və irlandiyalı jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, işlərinə müdaxilə edib. Məsələylə bağlı danışan Qannon, bunları deyib:

“Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdır, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm. Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkilə çəkə bilmərik və bunun üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu”.

“Qarabağ” İrlandiyada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə edib.

Sin Qannon
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button