“Dandalk”da itki – Bakıya gətirilmədi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Dandalk” ciddi itki ilə üzləşib.

Komanda.az İrlandiya mətbuatına istinadən xəbər verir ki, “Dandalk”ın futbolçusu Robbi Benson zədə səbəbilə cavab matçında iştirak etməyəcək. “Qarabağ”la ilk oyunda zədələnən yarımümdafiəçi, Bakıya gətirilməyib.

“Qarabağ”- “Dandalk” matçı sabah, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında Dublində keçirilən ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button